AZ

ADY: Bu ilin 7 ayında qatarlara 29 dəfə daş atılıb

BAKI, 15 avqust. TELEQRAF

Bu ilin yanvar-iyul aylarında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sərnişin və yük qatarlarına hərəkətdə olarkən 29 dəfə daş atılıb, relslər üzərinə isə 24 dəfə kənar əşyaların qoyulması halları qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.

Qeyd edək ki, bu cür qanunsuz və məsuliyyətsiz hərəkətlər sərnişinlərin və qatar heyətinin həyatına təhlükə yaradır, qatara ciddi zərər vurur, həmçinin maşinistlərin qatarı təcili saxlamasına səbəb olur. Bu isə nəticədə hərəkət cədvəlində gecikmələrə gətirib çıxarır.

Qurum bildirib ki, belə əməli törədən şəxslər müəyyən edilərək qanunvericiliyə uyğun qaydada cərimələnirlər.

Seçilən
44
teleqraf.com

1Mənbələr