Ayna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"200 gündən az müddətdə 1,6 milyon qeyri-qanuni immiqrant ABŞ-ı tərk etdi”
ABŞ-da qeyri-qanuni yaşayan təxminən 1,6 milyon miqrant Ağ Evin hazırkı rəhbəri Donald Trampın ikinci müddətinin əvvəlindən ölkəni tərk edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem “X” sosial şəbəkə hesabında yazıb.
"200 gündən az müddətdə 1,6 milyon qeyri-qanuni immiqrant ABŞ-ı tərk etdi. Bu, nəhəng göstəricidir", deyə qeyd edib.
Noem bildirib ki, bu, Amerika təhsil və tibb müəssisələrinin yükünün azalmasına gətirib çıxarıb, vətəndaşlara daha çox iş əldə etmək imkanını saxlamağa imkan verib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.