AZ

Berke Özer “Lill”də!

Futbol üzrə Türkiyə milli komandasının və “Eyüpspor” klbubunun qapıçısı Berke Özer bundan sonra “Lill”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə Fransa klubunun rəsmi saytına istinadən xəbər verir.

Liqa 1 təmsilçisi bu transfer üçün “Eyüpspor”a 4,5 milyon avro ödəyib. 25 yaşlı türkiyəli qolkiperlə “Lill” arasında imzalanmış müqavilə isə 4 illikdir (2029-cu ilin 30 iyununa qədər).

Berke Özer “Bucaspor” və “Altınordu” klublarının yetirməsidir. “Fənərbağça”, “Vesterlo”, “Portimonense”, “Ümraniyəspor” kimi klublarda da oynamış qapıçı 2023-cü ildən “Eyüpspor”da çıxış edirdi. O, sözügedən komandanın heyətində meydana çıxdığı 65 matçda 74 qol buraxıb, 26 görüşdə qapısını toxunulmaz saxlayıb.

Türkiyənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Berke bu il əsas millidə də debüt edib. O, milli komandada 2 oyun keçirib, 2 qol buraxıb.

“Transfermarkt” internet-portalı 25 yaşlı qapıçının transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Fransa mətbuatının yazdığına görə, “Lill” türkiyəli qolkiperi bir neçə gün öncə PSJ-yə satdığı qapıçı Lyuka Şevalyenin əvəzinə transfer edib.

Seçilən
3
arena.az

1Mənbələr