AZ

Tovuzda qonşunun pişiyindən şikayət edən sərxoş kişi həbs edildi

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tovuzda sərxoş vəziyyətdə olan 52 yaşlı kişi həbs edilib.

Oxu.Az-ın məlumatına görə, Tovuz şəhəri M.Ə.Sabir küçəsindəki mənzillərdən birində yaşayan, 1973-cü il təvəllüdlü Mirzə İmanov (ad və soyad şərtidir) sərxoş vəziyyətdə evə gələrək, Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq qonşusunun pişik saxlamasına etiraz edib. O, qonşunun pişik saxlamasından narahat olduğunu bildirib.

Hadisə yerinə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları gəlib, sərxoş kişini sakitləşdirməyə cəhd ediblər. Polis əməkdaşlarının səylərinə baxmayaraq, M.İmanov daha da əsəbiləşib və qonşusunun ünvanına söyüşlər söyüb, polisin tələblərinə əməl etməyib. O, həmçinin ünvansız söyüşlər söyərək, polisin onu nizam-intizama dəvət etməsinə məhəl qoymayıb.

M.İmanov saxlanılaraq polis şöbəsinə gətirilib və barəsində protokol tərtib edilib.

Tovuz Rayon Məhkəməsinin qərarı ilə M.İmanov 10 sutka həbs edilib.

Samir Əli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
oxu.az

2Mənbələr