ABŞ-ın Alyaska ştatının Ankoric şəhərində yüzlərlə etirazçı “Alyaska Ukraynanın Yanındadır” aksiyasında iştirak edib.
Modern.az xəbrə verir ki, aksiya iştirakçıları şəhərin işlək magistral yollarından birinin kənarında toplaşaraq Ukrayna bayraqları dalğalandırıb, həmçinin Rusiya-Ukrayna müharibəsini, eləcə də Vladimir Putin və Donald Trampı tənqid edən plakatlar nümayiş etdiriblər.
Etirazçılar Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə son qoyulmasını və beynəlxalq ictimaiyyətin Kiyevə dəstəyinin davam etdirilməsini tələb ediblər.