AZ

Ryazanda barıt zavodunda partlayış olub

Avqustun 15-də Rusiyanın Ryazan vilayətində “Elastik” zavodunda 5 nəfərin ölümü ilə nəticələnən partlayış baş verib.

XəzərNews.az xəbər verir ki, RİA Novosti bu barədə fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, partlayış zamanı yaralananların sayı 20-yə yaxındır.

Rusiya təhlükəsizlik qüvvələrinə yaxın olan Baza Telegram kanalı artıq 5 nəfərin öldüyünü bildirir. Xəsarət alanlardan 10 nəfərin vəziyyəti isə ağırdır.

"Hələ də dağıntılar altında insanlar var, onlara çatmaq çətindir. Zavodda partlayış təhlükəsizlik qaydalarının pozulması səbəbindən barıt istehsal olunan sexdə baş verib". - deyə məlumatda bildirilir.



Xəbər 5 dəfə oxunub.
Seçilən
2
xezernews.az

1Mənbələr