ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Ukrayna Silahlı Qüvvələrinin avqustun 12-13-də Bryansk vilayətində "Drujba" boru kəmərinin əsas paylayıcı stansiyasına hücumu səbəbindən Macarıstan Rusiya neftinin qəbulunu dayandırıb.
“AzPolitika” xəbər verir ki, bunu Macarıstanın XİN başçısı Peter Siyarto bəyan edib.
Onun sözlərinə görə, Rusiya Energetika nazirinin müavini Pavel Sorokin ona “obyektdə aparılan təmir işləri barədə məlumat verib”. Siyarto qeyd edib ki, Rusiyadan neft tədarükünün cümə günü bərpa ediləcəyi ehtimal olunur.
Ukrayna Silahlı Qüvvələri avqustun 12-də axşam saatlarında Bryansk vilayətinin Vısokoye kəndində yerləşən Uneça xətti istehsal-dispetçer stansiyasına (LPDS) zərbələr endirməyə başlayıb. Qubernator Aleksandr Boqomaz bildirib ki, hücumda raket və pilotsuz uçuş aparatlarından istifadə edilib.
Uneça stansiyası ümumi uzunluğu 8900 km olan “Drujba” magistral neft kəmərləri şəbəkəsinin ən böyük qovşağıdır. Obyekt “Transnefteprodukt” holdinqinə məxsusdur. Bundan əvvəl avqustun 6-da da Ukrayna PUA-ları stansiyaya hücum etmişdi.
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.