AZ

Ötən yeddi ayda narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi ilə bağlı 144 fakt aşkar edilib

Cari ilin yanvar-iyul ayında hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 144 fakt aşkar edilib.

"Report" xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının icmalında qeyd edilib.

Həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 080 kq 232,238 qr və 5183 həb metadon narkotik vasitə və psixotrop maddə, 13 194 ədəd həb güclü təsir edən maddə çıxarılıb..

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 159 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 517 kq 494,153 qr nakotik vasitə, psixotrop maddə maddə müsadirə edilib.

1490 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 080 kq 087,29 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

MƏLUMAT YENİLƏNİR...

Seçilən
40
4
report.az

5Mənbələr