“Mançester Siti” 21 yaşlı braziliyalı cinah hücumçusu Savionun transferi üçün “Tottenhem”in 70 milyon avroluq təklifini rədd edib.
Publika.az xəbər verir ki, bu barədə “Globo” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, hazırda tərəflər futbolçunun gələcəyi ilə bağlı danışıqları davam etdirir.
Savio 2024-cü ilin yayında “Mançester Siti”nin oyunçusu olub. Bu müddətdə o, bütün turnirlərdə 48 oyuna çıxıb, 3 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt”ın məlumatına görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.