AZ

Vuçiç etirazçıları hakim partiyanın ofisini yandırmağa cəhddə ittiham edib

Ayna saytına istinadən ain.az xəbər verir.

“Onlar insanları diri-diri yandırmaq istəyirdilər”

Serbiyada etirazçılar mitinqlər zamanı hakim Serb Tərəqqi Partiyasının (SPP) Novi Sad şəhərindəki ofisini dağıdıb və onu yandırmaq istəyiblər. AYNA.AZ xəbər verir ki, bu barədə avqustun 14-də Serbiya Prezidenti Aleksandr Vuçiç məlumat verib.

"Dünən gecə baş verənlər tamamilə aydındır. Onlar insanları diri-diri yandırmaq istəyirdilər. Təsəvvür edə bilərsiniz ki, onlar orada olan insanlara nə edəcəkdilər. 300 nəfəri diri-diri yandıracaqdılar", - o deyib.

Vuçiç bildirib ki, Serbiyanın qarşıda polis, məhkəmə və prokurorluq orqanlarında islahatların aparılması üçün genişmiqyaslı işlər var.

O həmçinin əmin edib ki, dövlət mütləq öz işini görəcək və etirazları yatıracaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
ayna.az

1Mənbələr