
“İran nüvə proqramından imtina etmir, ballistik raket istehsalını genişləndirir və yeni 40 ədəd qırıcı təyyarə alıb. Eyni zamanda “Hizbullah”ın silahlandırılmasına qarşı maliyyə yardımı göndərir. Hətta12 günlük müharibə də İranın geri çəkilməsinə səbəb olmadı, əksinə, Tehranın daha aqressiv mövqe sərgiləməsinə və müharibə öncəsi ritorikasını davam etdirməsinə gətirib çıxardı. Bu proses İsrail və ABŞ tərəfindən diqqətlə izlənilir. Artıq İsrailin İranla bağlı konkret planları var”. İranın nüvə obyektləri, hərbi rəhbərliyi və siyasi elitasının hədəf alınacağına dair mesaj xarakterli materiallar yayıldığını xatırladan politoloq bildirib ki, avqustun sonunda İsrailin İrana qarşı yenidən hərbi əməliyyatlar keçirəcəyi ehtimal olunur: “ABŞ-nin hərbi-nəqliyyat təyyarələri Yaxın Şərqə göndərilib. Bu isə hər an başlaya biləcək İsrail–İran müharibəsi riskini artırır. Beynəlxalq ictimaiyyətin çağırışlarına isə İsrail və ABŞ məhəl qoymur. Böyük Britaniya, Almaniya və Fransa İranın nüvə proqramı ilə bağlı narahatlıqlarını ifadə edirlər. Tehran isə bir gün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi ilə əməkdaşlığa hazır olduğunu bəyan etsə də, ertəsi gün agentlik əməkdaşlarını nüvə obyektlərinə buraxmayacağını bildirir və onları İsrail kəşfiyyatına işləməkdə ittiham edir. Ümumiyyətlə, nüvə anlaşması faktiki olaraq mövcud deyil. İran region siyasətindən geri çəkilmək niyyətində deyil”. İranın ABŞ ilə danışıqlarda öz şərtlərini irəli sürdüyünü qeyd edən Məhəmməd Əsədullzadə hesab edir ki, İsrail və ABŞ-nin planı İranda rejim dəyişikliyi və ali rəhbərliyin hakimiyyətdən uzaqlaşdırılmasıdır: “Əgər İsrail İrana hücum edərsə, bu əməliyyatın məqsədi artıq yalnız hərbi zərbə deyil, sistemin dəyişdirilməsi olacaq”, - sitatın sonu.
Gülbəniz Hüseynli / Metbuat.az