ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı “Şkendiya”nın (Şimali Makedoniya) sabiq baş məşqçisi Bruno Akrapoviçin AZƏRTAC-a müsahibə verib.Demokrat.az xəbər verir ki, mütəxəssis "Qarabağ"ın heyətində bəyəndiyi futbolçuların adını açıqlayıb:"Qarabağ"ın heyətində keyfiyyətli yerli və legioner oyunçular var. Onlardan Kevin Medina, Leandro Andrade və Nəriman Axundzadəni qeyd edərdim".O, Azərbaycan təmsilçisinin Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın "Ferensvaroş" klubu ilə görüşlərdəki şanslarını dəyərləndirib: "Mən “Ferensvaroş”un “Ludoqorets”lə ilk görüşünü izləmişdim. Düzdür, oyun qolsuz heç-heçə ilə başa çatsa da, macarlar yaxşı mübarizə aparmışdılar. “Qarabağ” üçün çətin rəqibdir. Lakin mümkünsüz heç nə yoxdur. Fikrimcə, komandanız Liqa mərhələsinə yüksələ bilər".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.