Bu hadisə ilə növbəti həftə ərzində rastlaşa bilərsiniz.
QHT.az xəbər verir ki, bu ay səmada altı planetin düzülməsi ilə yaranan “planet paradı” müşahidə edilə bilər. Elm adamları bu ilin sonuncu belə fenomeni olduğu üçün onu qaçırmamağı tövsiyə edirlər. Venera, Yupiter, Saturn və Merkuri avadanlıq olmadan görünə bilər, Uran və Neptun isə teleskop və ya durbinlə izlənməlidir.
Yupiter və Venera bu həftənin əvvəlində bir-birinə çox yaxın keçib, Merkuri avqustun 19-da Günəşdən ən uzaq nöqtədə olacaq. Planetləri görmək üçün səhər günəş doğmadan əvvəl bayıra çıxmaq və əvvəlcə Yupiter ilə Veneranı, sonra Saturn və Merkurini izləmək məsləhətdir. Ulduzlardan fərqli olaraq, planetlər sabit və parlaq işıq nöqtələri kimi görünür.
R.İmanov