Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası tərəfindən (CEV) növbəti dəfə təyinat alıb.
AVF-dən 90deqiqe.Az-a verilən məlumata görə, o, kişi voleybolçular arasında Avropa çempionatının təsnifat mərhələsinin oyununda iş başında olacaq.
M.Frişman avqustun 16-da reallaşacaq E qrupunun İsveçrə - İsveç qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.