AZ

E1 layihəsi geri qayıtdı: İsrail bu planı üçün yaşıl işıq yandırdı

İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotrich, "Fələstin dövləti ideyasını aradan qaldırmaq" üçün işğal altındakı Şərqi Qüdsdə fələstinlilərdən ələ keçirilən yaşayış məntəqələrini genişləndirəcək "E1" layihəsini təsdiqləməyi planlaşdırdığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, “The Times of Israel”in yazdığına görə, İsrail işğal altındakı Şərqi Qüds ilə İordan çayının qərb sahilində fələstinlilərdən ələ keçirilən torpaqlarda qurulan Maale Adumim qəsəbəsi arasında 3401 evin tikintisi üçün tenderə razılıq verəcəyini bildirib.

Beynəlxalq ictimaiyyətin təzyiqlərinə baxmayaraq qeyri-qanuni Maale Adumim qəsəbəsini Qüdsə bağladıqlarını iddia edən Smotriç: "E1-də tikinti planlarının təsdiqlənməsi Fələstin dövləti ideyasını ortadan qaldırır" dedi.

İsrail Mülki Administrasiyasının Yüksək Planlaşdırma Şurası avqustun 20-də toplanaraq E1 layihəsi çərçivəsində 3401 qeyri-qanuni yaşayış binasının tikintisi planının yekun təsdiqini verəcək.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
9
1
turkustan.az

2Mənbələr