"Leyptsiq" klubu "Göztepe"dən transfer etdiyi Romulonun keçidini rəsmən açıqlayıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.
"Leyptsiq" braziliyalı hücumçu üçün İzmir təmsilçisinə bonuslarla birlikdə 25 milyon avro ödəyəcək.
Romulo "Göztepe" tarixinin ən bahalı satışı olub.
O, yeni klubunda 40 nömrəli formanı geyinəcək.