AZ

“Şaxtyor”u tərk edə bilər

“Fulhem” və “Şaxtyor” arasında Kevinin mümkün transferi ilə bağlı danışıqlar davam etdirilir.

Məşhur insayder Fabritsio Romanonun məlumatına görə, artıq braziliyalı vingerin agenti ilə razılıq əldə olunub. Lakin Donetsk klubu hələ 50 milyon avro tələbini dəyişməyib. Tərəflər arasında müzakirələr növbəti günlərdə davam edəcək və proses gələn həftəyə də uzana bilər.

Kevinin müqaviləsinin müddəti 2028-ci ilin qışına qədərdi. O, bu mövsüm “Şaxtyor”un heyətində 3 oyuna çıxaraq 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Seçilən
57
1
football-plus.az

2Mənbələr