“İran bölgədə sülhün, sabitliyin möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq, Ermənistan və Azərbaycan arasında sülh sazişini alqışlayıb”.
Missiya.Az xəbər verir ki, bunu İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif Qırğızıstanda keçirilən Avropa İqtisadi İttifaqının (Aİİ) iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Tehran ölkələrin ərazi bütövlüyünə hörmətlə bağlı sarsılmaz mövqeyini bəyan etməklə yanaşı, xarici dövlətlərin regionun işlərinə müdaxiləsinin davamlı təhlükəsizliyə töhfə verməyəcəyinə inanır.
Daşqın HəsənovMissiya.Az