AZ

Lavrov Alyaskaya üzərində bu söz yazılmış köynəkdə getdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Alyaskaya üzərində “SSRİ” sözü yazılmış köynəkdə gedib.

Publika.az xəbər verir ki, bu barədə “İzvestiya” görüntülər yayıb.

Görüntülərdə Lavrovun ağ köynək və jiletlə avtomobili tərk etməsi görünür, köynəyinin üstündə isə "SSRİ" sözü yazılıb.

Qeyd edək ki, bu gün Alyaskada Rusiya-ABŞ sammiti keçiriləcək. Görüşün əsas mövzusu Ukrayna böhranının həlli olacaq. Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov, müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev daxildir.

Seçilən
1
publika.az

1Mənbələr