AZ

"Araz-Naxçıvan" Kiprə psixoloji olaraq sınıb getmişdi"

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda 0:4 hesabı ilə uduzduğu "Omoniya"ya Kiprdə 5 cavabsız qolla yenilən "Araz-Naxçıvan" avrokuboklarda mübarizəni dayandırdı. Tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb "qırmızı-ağlar"ın bu rəqiblə mübarizəsi barədə fikirlərini bölüşməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"0:4 hesablı yenilgidən sonra geridönüş etmək çətin məsələ idi. "Araz-Naxçıvan" Kiprə psixoloji olaraq sınıb getmişdi. Bakıdakı nəticənin psixoloji basqısı sözünü dedi. 0:5 hesabı ilə başa çatmış qarşılaşma barədə danışılacaq çox söz yoxdur. Pozitiv yanaşsaq, bu da bir təcrübə olsun".

Nihat

Seçilən
13
1
fanat.az

2Mənbələr