AZ

Tanınmış müğənni Röyanın qohumudur? ÖZÜ AÇIQLADI

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Tanınmış müğənni Pərvanə Talıbzadə hər zaman Xalq artisti Röya Ayxana olan bənzərliyi ilə diqqət çəkir.

Belə ki, gənc müğənni həm səsi, həm də görünüşü ilə super stara olduqca bənzəyir. Bu isə onların qohum olduğu iddialarının yayılmasına səbəb olub.

Hətta bəzi izləyicilərin Pərvanənin Röyanın xalası qızı olduğunu yazırlar.

İndiyə kimi də Pərvanənin hər yeni görüntüsü və ya mahnısı paylaşılanda onun həddindən artıq Röyaya bənzəməsi müzakirə mövzusuna çevrilir. Hər dəfə də onların qohum olduğuna dair rəylər yazılır.

Maraqlıdır, Pərvanə Talıbzadə həqiqətən Röya Ayxanın qohumudur? 

Pərvanə Talıbzadə bununla bağlı “Cebheinfo.az”-a açıqlama verib.

O, Xalq artisti ilə qohumluq əlaqəsinin olmadığını deyib: 

“İddiaların əksinə olaraq, Röya xanımın xalası qızı deyiləm. Ümumiyyətlə, onunla heç bir qohumluq əlaqəmiz yoxdur. Röya xanımın xalası qızı olan müğənni başqa qızdır. Röya xanım əslən ağdamlıdır, mən isə bakılıyam. Hər dəfə yazılan iddialar və təxminlər əsassızdır”.

Elmir Mustafa

“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
1
cebheinfo.az

2Mənbələr