AZ

“İmişlidə şəhid və müharibə iştirakçıları ailələrindən olan şagirdlər üçün layihə icra edildi – FOTOLAR

“Araz” Humanitar Tədqiqatlar İctimai Birliyinin icra etdiyi “İmişlidə şəhid və müharibə iştirakçıları ailələrindən olan şagirdlər üçün Kompüter Mərkəzi” layihəsi çərçivəsində layihənin başa çatması məqsədi ilə 02 avqust 2025-ci il tarixində İmişli şəhərində tədbir keçirilmişdir. Tədbirdə kompüter təlimlərində iştirak etmiş şagirdlər, şəhid və müharibə iştirakçıları ailələrindən olan valideyinlər, müharibə iştirakçları və müəllimlər iştirak etmişdir.
Tədbirdə “Araz” Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Lütvəli Zeynallı çıxış edərək məlumat verdi ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi agentliyinin maliyyələşdirdiyi “İmişlidə şəhid və müharibə iştirakçıları ailələrindən olan şagirdlər üçün Kompüter Mərkəzi” layihəsi çərçivəsində şağirdlərə 2 ay müddətinə kompüter təlimləri keçirilmişdir. Layihənin eyni zamanda Cənab prezidentin 28 dekabr 2024-ci il tarixli sərəncamı ilə elan edilmiş “Konstitusiya və Suverenlik ili” nə həsr olunduğunu bildirdi. O, tədbirdə iştirak edən şagirdləri kompüter kurslarını müvəffəqiyyətlə başa vurmaları münasibətiylə təbrik etdi, gələcək həyatlarında uğrlar arzuladı. İkinci Qarabağ müharibəsi iştirakçısı Elburus Babaşov çıxış edərək, layihə heyətinə, layihəni maliyələşdirən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi agentliyinə təşəkkürünü bildirdi. Kompüter kursunu uğurla başa vuran şagirdləri təbrik etdi və gələcək həyatlarında uğurlar arzuladı. Kompüter təlimlərində uğurla iştirak edən şagirdlərdən Fatimə Oruclu çıxış edərək, dövlətimizin şəhid və müharibə iştirakçıları ailələrinə qayğısının ildən ilə artmasından danışdı. Layihəni həyata keçirən “Araz” Humanitar Tədqiqatlar İctimai Birliyinə, layihəni maliyələdirən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürlərini bildirdi və arzu etdi ki, belə layihələr davamlı olsun. “Araz” Humanitar Tədqiqatlar İctimai Birliyinin sədr müavini Əbülfət Zeynallı çıxış edərək, şagirdləri təbrik etdi və gələcək həyatlarında uğurlar arzuladı. Layihədə təlimçi- ekspert işləyən Günel Süleymanlı şagirdlərin layihəyə marağından danışdı. Qeyd etdi ki, layihəyə olan marağı nəzərə alaraq əlavə 7 nəfərlik bir qrup yaradılmışdır və kompüter kurlarında 24 nəfər deyil 35 nəfər telim keçmişdir. Layihənin rəhbəri Lütvəli müəllim, layihəyə olan şagirdlərin marağını nəzərə alaraq, gələcəkdə donor təşkilata müraciət edilməsi üçün yeni lahiyə hazırlayacaqlarını bildirdi. Sonda kompüter kurslarını uğurla bitirən şagirdlərə SERTİFİKAT-lar verildi.

Seçilən
2
veteninfo.az

1Mənbələr