AZ

Bakı ilə Zəngəzur dəhlizini müzakirə edəcəyik - Overçuk

“Gələn həftə Azərbaycan tərəfi ilə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələlərini müzakirə edəcəm”.

Bizim.Media TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında bildirib.

“Gələn həftənin sonunda Azərbaycan tərəfi ilə görüşüm planlaşdırılıb. Bu görüşdə də Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələlərini nəzərdən keçirəcəyik. Demək olar ki, proses davam edir”, – deyə Overçuk vurğulayıb.

O, görüşün Rusiyada keçiriləcəyini qeyd edib. 

Baş nazirin müavini əlavə edib ki, Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində yaradılmış üçtərəfli işçi qrupu mövcuddur və bu qurum üçtərəfli bəyanatın doqquzuncu bəndinin icrası istiqamətində çalışır. Qrup, kommunikasiya xətlərinin açılması ilə bağlı bütün detalları müzakirə edib.
 

“Bizim üçün maraqlıdır ki, tərəflər üçtərəfli işçi qrup çərçivəsində müzakirə edilən məsələlərin həllində nə qədər irəliləyiş əldə ediblər. Bəzi məqamlar Rusiya üçün xüsusilə Cənubi Qafqazda dəmir yolu əlaqələrinin inkişafı baxımından əhəmiyyətlidir. Ona görə də bu nüanslarla bağlı həll yollarının tapılıb-tapılmadığını eşitmək bizim üçün maraqlı olacaq”, – deyə o bildirib.


Overçukun sözlərinə görə, əgər bütün məsələlər həll olunubsa, növbəti mərhələdə texniki-iqtisadi əsaslandırmalar hazırlanmalı, layihələrin iqtisadi tərəfləri dəyərləndirilməli və kommunikasiyaların açılması üzrə işlər görülməlidir. 

Bizim.Media

Seçilən
20
bizim.media

1Mənbələr