AZ

Saçdan diş pastası hazırlanacaq: Sağlamlıqda sıçrayış

Britaniya alimləri maraqlı bir yeniliyə imza atıblar. Onlar saçdan diş məcunu hazırlamağın mümkün olduğunu və bunun diş sağlamlığında böyük irəliləyiş ola biləcəyini bildirirlər.

E-saglam.az-ın məlumatına görə, İngiltərənin King's College London tədqiqatçıları müəyyən ediblər ki, saç, dəri və yunda təbii olaraq mövcud olan keratin maddəsi diş minasına bənzər qoruyucu təbəqə yarada bilir. Araşdırmaya görə, keratin tüpürcəkdəki minerallarla təmasda olduqda kalsium və fosfat ionlarını toplayaraq dişləri çürüklərdən qoruyan təbii maneə formalaşdırır.

Yalnız yundan deyil

Advanced Medical Materials jurnalında dərc olunan araşdırma göstərir ki, keratin yalnız yundan deyil, həm də saç və dəri kimi tullantı materiallardan təkrar emal edilərək əldə oluna bilər. Bu üsul, diş pastalarında istifadə olunan bəzi kimyəvi maddələri təbii tərkib hissələri ilə əvəz etməyə imkan verir.

Diş minasını bərpa edən təbii qoruma

Mütəxəssislər qeyd edirlər ki, sümük və saçdan fərqli olaraq diş minası özünü bərpa etmir. Mina itirildikdə geri dönüş mümkün olmur. Bu səbəbdən keratin əsaslı diş pastasının istifadəsi diş sağlamlığında əhəmiyyətli bir yenilik kimi qiymətləndirilir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
0
e-saglam.az

1Mənbələr