"Milan" yeni transfer gerçəkləşdirib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
A seriyası təmsilçisi "Yanq Boys"dan Zakari Atekameni sıralarına qatıb. "Milan" 20 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Zakari İsveçrənin U-21 millisinin də üzvüdür. O, ötən mövsüm öz klubu üçün 43 matçda 1 qol vurub və 3 qolun ötürməsini verib.