AZ

Hər kəsin uğurlu rəqəmi var - Belə hesablayın

  Qədim numerologiya elminə görə, hər bir insanın doğum tarixi onun enerji kodunu – doğum rəqəmini müəyyən edir. Bu rəqəm insanın xarakteri, bacarıqları və həyat yoluna dair ipucları verir.

 

Referans  doğum rəqəmini sadə üsulla hesablamanı təqdim edir: 


Doğum gününüzün bütün rəqəmlərini toplayın və yekun nəticəni birrəqəmli ədədə çevirin. Məsələn, 17.06.1996 → 1+7+0+6+1+9+9+6 = 39 → 3+9 = 12 → 1+2 = 3

 

Rəqəmlərin mənası isə bunlardır: 


1 – Liderlik və müstəqillik. Uğur rəngi: qırmızı.
2 – Diplomatiya və əməkdaşlıq. Uğur rəngi: ağ.
3 – Yaradıcılıq və pozitiv enerji. Uğur rəngi: sarı.
4 – Sabitlik və planlılıq. Uğur rəngi: yaşıl.
5 – Azadlıq və macəra sevgisi. Uğur rəngi: mavi.
6 – Ailə və harmoniya. Uğur rəngi: çəhrayı
7 – Dərin düşüncə və bilik. Uğur rəngi: bənövşəyi.
8 – Maddi bolluq və idarəetmə bacarığı. Uğur rəngi: qara və qızılı.
9 – Yardımsevərlik və böyük ideyalar. Uğur rəngi: bənövşəyi.

 

Mütəxəssislərin sözlərinə görə, uğur rəqəmini gündəlik həyatda istifadə etmək müsbət enerjini artırır. Bunun üçün həmin rəqəmi telefon nömrəsində, avtomobil nömrə nişanında və ya vacib görüş tarixlərində seçmək tövsiyə olunur.  

Seçilən
5
referans.az

1Mənbələr