AZ

Türkiyə millisinin üzvü Fransa klubunda

“Lill” yeni mövsüm öncəsi qapıçı transferini gerçəkləşdirib.

İdmanxeber.az xəbər verir ki, Fransa təmsilçisi, Türkiyə millisində də çıxış edən Berke Özeri “Eyüpspor”dan heyətinə qatıb.

Tərəflər arasındakı müqavilənin müddəti açıqlanmasa da, fransız klubunun bu keçid üçün təxminən 4,5 milyon avro ödədiyi bildirilir.

24 yaşlı qolkiper son iki mövsümdə “Eyüpspor”un əsas heyətində yer alaraq 65 oyuna çıxıb.

 

 

Seçilən
1
idmanxeber.az

1Mənbələr