Qalmaqallı internet provayder kimi tanınan və vaxtilə "MTN işi"nə görə tutulan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq baş direktoru Beytulla Hüsyenova əxsus olan, lakin həbsindən sonra "əl dəyişən" “CityNet” ticarət nişanının sahibi “Uninet” MMC “KATV1” ticarət nişanının sahibi “AG telekom” MMC-ni də "qapazlayıb".
Mia.az xəbər verir ki, bu barədə Pravda.az məlumat yayyıb.
Artıq hər iki MMC-nin qanuni təmsilçisi İlqar Şamil oğlu Nəhmədovdur. “AG telekom”un əvvəlki qanuni təmsilçisi isə Samir Qurbanov olub.
Yeri gəlmişkən, mia.az-ın məlumatına görə, bir neçə ay əvvəl Səbail rayonunda yerləşən və "Jurnalistlərin binası" kimi tanına binaya da ayaq açan “CityNet” burada sakinlərə qarşı dələduzluq hallarına yol verib. Belə ki, bir çox sakinlərə ya müqavilə verilməyib, ya da şərtlər sonradan şirkətin xeyrinə dəyişdirilib. Bu səbəbdən şirkətin internet xidmətindən imtinalar başlayıb...