Ukraynada dünya hərb tarixində ilk dəfə süni intellekt dəstəyi ilə 4 kilometr məsafədən uğurlu snayper atəşi açılıb.
Bizim.Media UNİAN-a istinadla xəbər verir ki, “Privid” qrupunun snayperi “Pokrovsk–Mırnohrad” istiqamətində, birbaşa görünüş olmadan, 14,5 mm-lik “Aligator” uzun mənzilli tüfəngi və yerli istehsal termal nişangahdan istifadə edərək iki rus hərbçisini məhv edib.
Qeyd edək ki, “Privid” snayper qrupu 2022-ci ildə Baxmutun müdafiəsi üçün Sırski tərəfindən yaradılıb.
Baş komandanın təşəbbüsü ilə qrup Ukraynada ilk dəfə olaraq iriçaplı silahlarla qrup halında işləməyi öyrənib, o cümlədən “Aligator” tipli uzaqmənzilli tüfənglərdən istifadə etməyə başlayıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta