AZ

Samir Abasov Emin Mahmudovun yenidən kapitan olması üçün görün, nə etdi!

Bəlli olduğu kimi, “Neftçi”nin 2025/2026 mövsümündə kapitanları müəyyənləşib.
Cari mövsüm komandanı meydana kapitan kimi Emin Mahmudov çıxaracaq.
“Ağ-qaralar”ın vitse-kapitanları isə qapıçılar - Emil Balayev və Kenan Piriç olacaq.
Beləcə, Mahmudovun 11 aylıq intizarı başa çatıb. Xatırlayırsız yəqin, o, Roman Qriqorçukun qərarıyla sarğıdan məhrum edilmişdi. 2024-cü ilin yayında «ağ-qaralar»ın sükanı arxasına keçmiş mütəxəssis onunla mübahisə edən yarımmüdafiəçini «liderlik qoltuğu»ndan almışdı. Hətta həmin dövrdə 36 yaşlı oyunçunun düşərgədən uzaqlaşdırılması gündəmə gəlmişdi. Bu olay sonda ukraynalının əleyhinə işlədi: rəhbərlik Premyer Liqanın ilk dövrəsinin ardından Qriqorçuku görəvdən aldı, amma kapitanlıq bazubəndi isə Eminə qaytarılmadı. Sarğı Rza Cəfərovun qoluna taxıldı. 21 yaşlı qapıçının kölgəsində qalmaq, əlbəttə ki, «Saturn»un yetirməsinə pis təsir edirdi. Və yenidən bura qayıtmış Samir Abasova. Komandanın köhnə-yeni çalışdırıcısı ötən mövsüm bu məsələyə qarışa, sevimli futbolçusuna kömək bilmədi. O, yalnız bugünlərdə rəhbərliklə danışaraq, Mahmudovu sevindirib. Kapitanlıq mövzusu onunla idarəçilər arasında görüşdə masaya yatırpılıb və Abasovun təkidi nəticə verib. Baş məşqçi həmçinin öz adından funksionerlərə vəd edib ki, növğəti mövsüm tam fərqli Mahmudov izləyəcəklər - kapitan sarğısını yenidən qoluna taxan yarımmüdafiəçi köhnə günlərini yada salacaq, komandanı irəli aparacaq.

SPORTİNFO.AZ

Seçilən
4
sportinfo.az

1Mənbələr