AZ

Səudiyyə klubu Kinqsli Komanı bu gün ictimaiyyətə təqdim edəcək

sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Bavariya"nın vingeri Kinqsli Koman bu gün Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

Mənbənin sözlərinə görə, 29 yaşlı fransız bu gün "Əl-Nəsr" ilə 3 illik müqavilə imzalayacaq və ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, Koman "Bavariya" ilə doqquz dəfə Almaniya çempionudur. O, Münhen klubunun heyətində bütün turnirlərdə 339 oyun keçirib, 72 qol vurub və 71 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
sport24.az

1Mənbələr