İş həyatının yorucu temposu və uzun iş saatları bəzən motivasiyanı azalda bilər.
Pravda.az daha rahat və xoşbəxt bir iş mühiti üçün 8 əsas tövsiyəni təqdim edir:
Planlama edin və öncəliyinizi müəyyənləşdirin – Gündəlik və ya həftəlik planlar iş yükünü asanlaşdırır.
Stresi idarə edin – Nəfəs məşqləri, idman və sağlam qidalanma ilə stressi azaldın.
Ünsiyyətə önəm verin – Açıq danışın, yaxşı dinləyin və qarşı tərəfi qınamayın.
Müsbət düşünün – Uğurları qiymətləndirin və özünüzə güvənin.
Özünüzə vaxt ayırın – Xobbilərə, ailə və dostlara zaman ayırmaq enerjinizi yeniləyir.
İş və şəxsi həyatı ayırın – İş saatları xaricində tamamilə öz həyatınıza fokuslanın.
İş yükünü paylaşın – Komanda ilə əməkdaşlıq həm yükü, həm də stresi azaldır.
Daim fasilə verin – Qısa fasilələr zehni və fiziki enerjini bərpa edir.
Bu sadə addımlar iş həyatında balans yaratmağa və motivasiyanı qorumağa kömək edir.
Əminə Bayramova