AZ

Həbsindən 5 il ötdü KƏLBƏCƏRƏ QAYIDIŞ İLİNDƏ ONU AZADLIQDA GÖRMƏK İSTƏYİRİK

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Azərbaycanın sabiq baş prokuroru, keçmiş səfir Eldar Həsənovun həbsindən 5 il ötür.

Gununsesi.info-nun xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Eldar Həsənov 70 yaşını da höbsxana divarları arasında tamamlayıb.

Hər zaman dövlətə, prezidentə sədaqəti, xidməti ilə tanınan Həsənovun həbsi ilə bağlı müəmmalar hələ də qalmaqdadır.

Eldar Həsənovun yaxın dostu olan, Kəlbəcərin sabiq deputatı Əlövsət Ağalarov da Gununsesi.info-ya açıqlamasında onun hələ də həbsdə qalmasına üzüldüyünü deyib:

“Eldar Həsənov 5 ildir ki, həbsdədir. Nə məhkəməsində, nə də həbsdə qaldığı  ötən beş il ərzində öz dövlətinə, prezidentinə sədaqətinə  döndü.

Bugün onun səhhəti çox pisdir. Saysız-hesabsız xəstəliklərdən əziyyət çəkir. Mən ümid edirəm ki, heç olmasa bu il onu azadlıqdan edəcəklər”.

Əlövsət Ağalarovun sözlərinə görə, Eldar Həsənov mərhum prezident Heydər Əliyevin yeganə silahdaşıdır ki, həbsdədir:”Bu il Azərbaycanda “Konstitusiya və suverenlik ili” elan olunib.

Eldar Həsənov  müstəqil Azərbaycanın Konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü olub. Bugün onun azadlığa çıxması üçün xalq yazıçıları, elm adamları, incəsənət xadimləri cənab Prezidentə müraciət edib.

İnanmaq istəyirəm ki, Cənab Prezidentimiz Kəlbəcərə qayıdış ilində Eldar Həsənovu azadlığa buraxacaq və bu kəlbəcərlilər üçün ikiqat bayram olacaq”.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
icma.az

1Mənbələr