AZ

Lavrovdan Alyaskada sətiraltı mesaj: Sinəsinin üstündə SSRİ ni aparıb

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Rusiya xarici işlər naziri Sergey Lavrov Ankoricdəki otelə üzərində “SSRİ” yazısı olan geyimdə gedib. “Cebheinfo.az” xəbər verir ki, görüntüləri “İzvestiya Telegram” kanalı yayıb.

Videoda Rusiyanın xarici işlər nazirinin ağ sviter və jilet geyinərək avtomobildən çıxması əks olunub. Onun altında,  sinənin düz hissəsində “SSRİ” yazısı görünür.

Jurnalistlər Lavrovdan daha əvvəl Alyaskada olub-olmadığını soruşublar. Nazir müsbət cavab verdi.

Bundan əvvəl Sergey Lavrov Alyaska sammiti ilə bağlı heç bir proqnoz verməməyə çağırıb və Rusiyanın açıqlanacaq mövqeyinin olduğunu qeyd edib. O, tədbir başlamazdan əvvəl əsəbiliyin olmamasından da danışıb.

Xəzər

“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
cebheinfo.az

5Mənbələr