AZ

İsraildən İrana yeni hücum TƏHDİDİ

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

İsrailin Baş Qərargah rəisi Eyal Zamir lazım gələrsə İranı yeni hücumlar başlada biləcəkləri ilə hədələyib.

"Cebheinfo.az" xəbər verir ki, "Yedioth Ahronot" qəzetinin yazdığına görə, Baş Qərargah rəisi Zamir Təl-Əvivdəki Glilot bazasında keçirilən hərbi mərasimdə çıxış edib. O, İsrailin lazım gələrsə, İrana yenidən hücum etməyə hazır olduğunu bildirib.

Baş Qərargah rəisi Zamirin hədələri İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricaninin Beyruta səfəri zamanı Livana hücumlar təşkil etdiyi üçün İsraili "yırtıcıya çevrildiyi"nə görə tənqid etməsindən cəmi bir gün sonraya təsadüf edib.

İsrail ordusunun İranı, Livanda "Hizbullah"ı və Yəməndəki İran tərəfdarı Husiləri vurduğunu deyən Zamir “Lazım gəldikdə yenidən hücum etməyə hazırıq” ifadəsini işlədib.

Zamir iyun ayında 12 gün davam edən İsrail-İran toqquşmasını “mövcudluğa təhdidi real təhlükəyə çevrilmədən əvvəl aradan qaldırmağı hədəfləyən qabaqlayıcı müharibə” kimi dəyərləndirib.

Nigar Hacılı 

"Cebheinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr