BAKI, 15 avqust. TELEQRAF
Avqustun 14-də Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin qiyməti 25,8–28 manat arasında dəyişib.
Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyindən Teleqraf-a verilən məlumata görə Bakı şəhəri və Abşeron rayonunda bu göstərici 26,5–27 manat civarında olub.
Qeyd edək ki, ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 25,8 manatla Şabran rayonunda, ən yüksək qiymət isə 28 manatla Gəncə şəhərində qeydə alınıb.