AZ

İstanbulun Bəyoğlu bələdiyyəsində əməliyyat keçirilib, sədr və 40-dan çox şəxs saxlanılıb

İstanbulun Bəyoğlu bələdiyyəsində korrupsiyaya qarşı keçirilən əməliyyatlar çərçivəsində 40 nəfərdən çox bələdiyyə işçisi saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" TRT "Haber"ə istinadən xəbər verir ki, saxlanılanlar arasında bələdiyyə sədri İnan Güney də var.

Beləliklə, martın 19-dan bəri İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı keçirilən 8 əməliyyat nəticəsində saxlanılanların sayı 316 nəfərə yüksəlib.

Seçilən
22
8
operativmm.az

10Mənbələr