AZ

Qallager "Tottenhem"in maraq dairəsindədir

"Atletiko Madrid"in yarımmüdafiəçisi Konor Qallager İngiltərə Premyer Liqası klublarının maraq dairəsindədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu Londonun “Tottenhem” klubunun diqqətini çəkib.

"Spurs"un onun üçün tələb olunan 50 milyon avronu ödəməyə hazır olduğu bildirilir.

"Nyukasl"ın futbolçuya göz dikdiyi də məlum olub. Qallager özü də əvvəllər "Çelsi"də çıxış etdiyi İngiltərəyə qayıtmağın əleyhinə deyil.

Ötən mövsüm o, bütün turnirlərdə 50 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə verib.

Seçilən
5
operativmm.az

1Mənbələr