AZ

“Mançester Yunayted” 22 yaşlı ispan üçün “Barselona”ya 80 milyon avro təklif edib

ain.az, sport24.az saytına istinadən bildirir.

"Barselona"nın yarımmüdafiəçisi Fermin Lopes karyerasını İngiltərədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Mançester Yunayted" 22 yaşlı ispan üçün 80 milyon avro təklif edib. İngiltərə klubu Kazemiroya əvəzləyici axtarır.

Lopes Kataloniya klubunun yetirməsidir. İspan yarımmüdafiəçinin hazırkı müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.

Qeyd edək ki, Lopes 2024/25 mövsümündə bütün turnirlərdə 46 matçda iştirak edib, 8 qol vurub və 10 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
sport24.az

1Mənbələr