"Beşiktaş" növbəti transferini reallaşdırmaq üzrədir.

Offsideplus.az xəbər verir ki, "qara qartal" bu dəfə "Şalke"dən Taylan Bulutu transfer edir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İstanbul nəhəngi 19 yaşlı futbolçu üçün 6 milyon avro ödəyəcək.

T. Bulut 14 yaşından bəri "Şalke"də çıxış edir. Gənc sağ cinah müdafiəçisi əsas komandanın heyətində 29 oyuna çıxıb.