BAKI, 15 avqust. TELEQRAF
2025-ci ilin yanvar-iyul ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 280,8 mln. manat və ya 8,2% artım qeydə alınıb.
Bu barədə Teleqraf-a DSMF-dən məlumat verilib.
Bildirilib ki, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 126,9 mln. manat və ya 11,2%, qeyri-büdcə təşkilatları üzrə isə 300,5 mln. manat və ya 14,0% artımla olub.