AZ

Melaniya Tramp Baydenin oğlunu məhkəmə ilə hədələdi

Melaniya

ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya, keçmiş prezident Co Baydenin oğlu Hanterə qarşı 1 milyard dollarlıq məhkəmə iddiası qaldırmaqla hədələyib. Bu barədə Fox News məlumat yayıb.ABŞ-ın birinci xanımı siyasətçini böhtanda ittiham edir. Buna səbəb Hanter Baydenin Melaniyanın guya Tramp ilə tanış olmasına maliyyəçi Ceffri Epstaynın vasitəçilik etməsi barədə dedikləri olub. Epstayn isə vaxtilə yetkinlik yaşına çatmayanlara qarşı əxlaqsızlıqda ittiham olunub.Telekanalın məlumatına görə, Melaniya Tramp məktubunda Hanterdən 7 avqusta qədər sözlərini dərhal təkzib etməyi tələb edib. Lakin siyasətçi bunu etməyib.Bundan əvvəl məlum olmuşdu ki, məhz Melaniya Tramp Donald Trampın Rusiya və Fələstin-İsrail münaqişəsinə dair mövqeyini dəyişməsinə səbəb olub.Beynəlxalq YouGov mərkəzinin sorğusuna görə, ABŞ vətəndaşlarının əksəriyyəti prezidentin Epstaynın yetkinlik yaşına çatmayanlarla bağlı cinayət əməllərindən rəsmi istintaq başlamazdan əvvəl xəbərdar olduğuna inanır.Ulusum.az

Diqqət Çəkənlər

Qışa hazırlıq: Bilənlər bilir…

Yazıçı Vüqar Tapdıqlı vəfat edib

Tramp və Putin Alyaskada Arktika və sanksiyaları müzakirə edə bilər

Seçilən
70
47
ulusum.az

10Mənbələr