AZ

Melania Trump 1 milyard dollarlıq məhkəmə iddiası ilə hədələyir

Ajans.az BBC-ə istinadən xəbər verir ki,Melania Trump-ın vəkilləri bu iddianı “yalan, alçaldıcı, böhtan xarakterli və təxribatçı” adlandıraraq, Baydendən sözlərini geri götürməsini və üzr istəməsini tələb edib. Əks halda, 1 milyard dollardan çox məbləğdə təzminat üçün məhkəməyə müraciət ediləcəyi bildirilib. Hunter Bayden bu ay rejissor Andrew Callaghan-a verdiyi müsahibədə, yayımlanmamış “Epstein faylları”nda Donald Trump-ın da adı keçəcəyini iddia edib və “Epstein Melaniyanı Trampa təqdim etdi” deyib. Bayden, hüquqi təhdidlərə baxmayaraq, sözlərindən geri çəkilməyəcəyini və iddia qaldırılacağı halda Trump ailəsindən ifadələr almağa hazır olduğunu bildirib. Melania Trump vəkillərinin məktubunda, Baydenin istinad etdiyi mənbənin artıq silinmiş bir məqalə olduğu qeyd edilib. “Daily Beast” həmin məqaləni geri çəkib və hər hansı çaşqınlığa görə üzr istəyib. Donald Trump-ın 2000-ci illərin əvvəllərində Epstein-lə əlaqələri olduğu bilinsə də, Melania Trump-ın onun vasitəsilə tanış olduğuna dair hər hansı sübut mövcud deyil.

 

Seçilən
61
Ajans.az

1Mənbələr