AZ

Azərbaycan nefti bahalaşıb

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,38 ABŞ dolları və ya 2,07% artaraq, 68,10 dollar/barel təşkil edib.

Bu barədə Day.Az-a neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,39 dollar və ya 2,13% bahalaşaraq 66,57 dollar təşkil edib.

 

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,28 dollar və ya 2,33% artaraq, 56,14 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,38 dollar və ya 2,06% artaraq 68,29 dollar/barel təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Seçilən
28
43
day.az

10Mənbələr