AZ

UEFA reytinqi: Azərbaycan yerində qaldı, bolqarlar irəlilədi

ain.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan klubları Konfrans Liqası ilə vidalaşıb.

Futbolpress.az xəbər verir ki, III təsnifat mərhələsinin cavab oyununda “Sabah” Bolqarıstanın “Levski” (0:2), “Araz-Naxçıvan” isə Kiprin “Omoniya” komandasına (0:5) uduzub. Klubların məğlubiyyəti Azərbaycanın UEFA reytinqinə xal gətirməyib.

Azərbaycan 19 250 xalla 28-ci sırada qalıb. “Levski”nin və “Arda”nın qələbəsi isə Bolqarıstanın xal ehtiyatını artırıb. Bolqarlar 18 375 xalla 29-cu pillədə qərarlaşıb.

Azərbaycanın avrokuboklarda yalnız bir komandası – “Qarabağ” (Çempionlar Liqası) qalıb. Bolqarıstan isə Avropa Liqasında “Ludoqorets”, Konfrans Liqasında isə “Levski” və “Arda” ilə təmsil olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
futbolpress.az

1Mənbələr