AZ

Xəzərdəki limana zərbə endirildi...-Silah-sursat dolu İran gəmisi vuruldu...-FOTO

Rusiya bu obyektdən İrandan hərbi malların tədarükü üçün logistika məntəqəsi kimi istifadə edir...
 
Avqustun 14-də Ukrayna Silahlı Qüvvələrinin bölmələri Rusiya Federasiyasının Həştərxan vilayətində "Olya" dəniz limanına zərbələr endirib. Bu, İrandan hərbi malların tədarükü üçün mühüm logistika nöqtəsidir.
 
Moderator.az "İnformator" nəşrinə istinadla xəbər verir ki, bu barədə Baş Qərargah məlumat yayıb.
 
"Bu obyekt Rusiya təcavüzkarı tərəfindən İrandan hərbi malların tədarükü üçün mühüm logistika məntəqəsi kimi istifadə olunur. Zərbənin nəticələri dəqiqləşdirilir", - deyə hərbçilər vurğulayıb.
 
Məlumata görə, hücum zamanı İrandan gətirilən “Şahed” tipli PUA-lar üçün komponentlər və döyüş sursatları yüklənmiş “Port Olya 4” gəmisi vurulub.
 
"Müdafiə Qüvvələri rus işğalçılarının hərbi potensialını partlatmaq və Rusiyanı Ukraynaya qarşı silahlı təcavüzü dayandırmağa məcbur etmək üçün tədbirlər görməyə davam edir", - Baş Qərargah vurğulayıb.
 
Xəbər verildiyi kimi, avqustun 15-nə keçən gecə PUA-lar Samara vilayətindəki Sızran Neft Emalı Zavoduna hücum ediblər. Yerli sakinlər və Rusiyanın telegram kanalları şəhərin pilotsuz təyyarələrin hücumuna məruz qaldığını iddia edirlər. Səhər saatlarında təxminən on partlayış səsi eşidilib.
 
Xatırladılır ki, ötən gecə Ukrayna pilotsuz təyyarələri Volqoqrad Neft Emalı Zavoduna da zərbələr endirib. Bu, Rusiyanın Cənub Federal Dairəsində ən böyük yanacaq və sürtkü materialları istehsalçısıdır: dizel, benzin və aviasiya yanacağı istehsal edir. Orada ildə 15 milyon tondan çox neft emal olunur ki, bu da Rusiyanın bütün emalının 5,6%-ni təşkil edir.
 
S.Laçın
Seçilən
76
50
moderator.az

10Mənbələr