ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Pakistan qonşu və əsas rəqibi Hindistana qarşı hərbi balansı qorumaq məqsədilə konvensional münaqişə zamanı raket döyüş qabiliyyətinə nəzarət edəcək yeni hərbi qüvvə yaradacaq.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazir Şahbaz Şərif İslamabadda Hindistanla may ayında baş vermiş və son onilliklərin ən ağır qarşıdurması sayılan münaqişəni anma mərasimində Ordu Raket Qüvvələrinin yaradılacağını elan edib.
Mərasim Pakistanın 78-ci Müstəqillik Günü ərəfəsində keçirilib.
Ləman İlkin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.