İrəvan Antikorrupsiya Məhkəməsi iş adamı, "Taşir" şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanın həbs müddətini 2 ay uzadıb.
“Report” Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə vəkil Liana Qasparyan məlumat verib.
O, bu qərardan şikayət vermək niyyətində olduğunu bildirib.