Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 1-ci turuna start veriləcək.
Arena.az xəbər verir ki, yeni mövsümün ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Turun açılış oyunu Şamaxıda keçiriləcək. Mövsümün ilk matçında yenicə elitaya yüksəlmiş iki komanda – “Karvan”la “Qəbələ” üz-üzə gələcək.
Oyunu FIFA referisi idarə edəcək. Matçın baş hakimi Əliyar Ağayev olacaq.
İlk turun qalan görüşləri avqustun 16-da, 17-də və 19-da keçiriləcək. Premyer Liqanın 1-ci turunun “Sabah” – “Qarabağ” görüşü isə təxirə salınıb. Bu qarşılaşmanın hansı tarixdə keçiriləcəyinə hələ rəsmi qərar verilməyib.
Premyer Liqa
1-ci tur
15 avqust
17:00. “Karvan” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şamaxı şəhər stadionu.
16 avqust
17:00. “İmişli” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Cavid Cəlilov.
VAR: Tural Qurbanov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu.
20:00. “Neftçi” – “Şamaxı”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: İnqilab Məmmədov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “Neftçi Arena”.
17 avqust
20:30. “Sumqayıt” – “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Vüqar Həsənli.
VAR: Rauf Cabbarov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
19 avqust
20:00. “Zirə” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu.