AZ

Sürücü qaranlıqda kameradan yayınıb qoşa xəttin tələbini pozdu VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakıda yol hərəkəti qaydalarının kobud şəkildə pozulması ilə bağlı yeni görüntülər yayılıb. Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 20-də paytaxtın Səbail rayonu ərazisində, Bibiheybət yolunda qeydə alınıb.

Videodan da aydın olur ki, 77-VK-294 dövlət qeydiyyat nişanlı, “Toyota” markalı minik avtomobilinin sürücüsü hərəkət zamanı nişanlanma xəttinin tələblərinə məhəl qoymayıb. Sürücü qoşa xətti keçərək əks istiqamətli hərəkət zolağına çıxıb və qaydaları pozmaqla sola — 20-ci Sahə istiqamətinə dönüb.

Qeyd edək ki, qoşa xəttin tələblərinin pozulması “Yol hərəkəti haqqında” qanuna əsasən ciddi qayda pozuntusu sayılır və bu əmələ görə sürücülərə inzibati məsuliyyət nəzərdə tutulur. Belə hallarda nəqliyyat vasitəsinin sürücüsü digər hərəkət iştirakçıları üçün qəza riski artırır. Çünki qarşıdan gələn nəqliyyat vasitələrilə toqquşma ehtimalı yüksək olur.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
avtosfer.az

1Mənbələr